"Yuventus" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib. 41 yaşlı mütəxəssis istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib. Onun müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulur.