"Mançester Yunayted" və "İnter" yarımfinalda - YENİLƏNİB

01:52 11 Avqust 2020

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, bu mərhələdə cütlərin taleyini bir oyun həll edib.İlk oyun günündə iki qarşılaşma baş tutub. İngiltərənin “Mançester Yunayted” komandası Kölndə Danimarka “Kopenhagen”i ilə üz-üzə gəlib. İtaliya “İnter”i isə Dusseldorfda Almaniya “Bayer”inin (Leverkuzen) müqavimətini qırmağa çalışıb.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə, Ukrayna “Şaxtyor”u isə İsveçrə “Bazel”i ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Avropa Liqası
1/4 final
10 avqust

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)  1-0

23:00 “İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)  2-1


Digər xəbərlər

Xəbər xətti