Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçirilib. Almaniyanın Duysburq şəhərində "Vulverhempton" "Sevilya" ilə, Gelzenkirxendə isə "Şaxtyor" (Donetsk) "Bazel"lə qarşılaşıb. Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda üz-üzə gələcəklər.
Qeyd edək ki, dünən "İnter" və "Mançester Yunayted" yarımfinala yüksəlib.
11 avqust
23:00. "Vulverhempton" - "Sevilya" 0:1
23:00. "Şaxtyor" - "Bazel" 4:1