“Keşlə”nin Avropa Liqasında Albaniyanın “Laçi” klubu ilə matçı Bakıda keçirilməyə bilər.
Sportarena.az xəbər verir ki, məlumatı rəqib komandanın direktoru Naim Halili verib.O bildirib ki, Azərbaycanda COVİD-19 pandemiyasına görə yaranan bəzi məhdudiyyətlər qarşılaşmanın yerinin dəyişdirilməsinə səbəb ola bilər. Klub rəsmisi matçın Kipr və ya İspaniyada oynanıla biləcəyini deyib.
Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də Bakıda keçirilməlidir.