"Səbail"in yeni transferi: "Azərbaycanın yüksək səviyyəli liqası var"

16:32 11 Avqust 2020

"Səbail"in yeni transferi olan makenodiyalı yarımmüdafiəçi Florian Kadriu klubun saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir.

 

– “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?

–  İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.

– “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?

–  Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.

–  Öz oyun tərzini necə təsvir edə bilərsən?

– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

–  Yaxınların səni necə çağırır?

–  Yaxınlarım məni Landi çağırır.

–  Mövsüm 21.08.2020-ci il tarixində start verir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?

–  İnanıram k, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

–  “Səbail”in azarkeşlərinə ismarıcın nədir?

–  Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir.  Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam.  Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.


Digər xəbərlər

Xəbər xətti