"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Rizəspor"dan ayrılan Oğulcan Çağlayanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.