Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Sportarena.az xəbər verir ki, ən yaxşı futbolçu adına Tayson ("Şaxtyor", Donetsk), Karl-Yohan-Yansson ("Kopenhagen"), Nikolo Barella ("İnter") və Lukas Okampos ("Sevilya") namizəd göstərilib. Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.