Azərbaycan millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Rövşən Əhmədov "ARB-Aran" kanalında yayımlanan "Bəhruzla Pressinq" verlişinin qonağı olub.
Sportarena.az xəbər verir ki, 1992-ci ildə startı verilən Azərbaycan çempionatında ilk qolun müəllifi kimi tarixə düşən veteran oyunçu karyerasından və digər məsələlərdən danışıb.