“Qarabağ” “Sampdoriya”nın qapıçısı Vid Beletsi transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla əlaqədar yerli və xarici mediada çıxan məlumatları təkzib edib. O, sözügedən xəbərlərin həqiqətə uyğun olmadığını deyib: “Bu qapıçının transferi “Qarabağ”ın gündəmində deyil”.
Qeyd edək ki, 30 yaşlı sloveniyalı Vid Belets ötən mövsümü icarə qaydasında APOEL-də keçirib və “Qarabağ”la oyunlarda iştirak edib. (qol.az)