Tarixdə ikinci dəfə

00:13 17 Avqust 2020

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turnirin yarımfinal mərhələsində “Bavariya” (Almaniya) Lion “Olimpik”i (Fransa) ilə, PSJ (Fransa) isə “Leyptsiq”lə (Almaniya) qarşılaşacaq.Bununla da, turnirin tarixində ikinci dəfə İngiltərə, İtaliya və İspaniya klublarının yer almadığı yarımfinal mərhələsi baş tutacaq. İlk dəfə belə hal 30 il əvvəl – 1990-1991-ci illər mövsümündə, Çempionlar Kubokunun yarımfinalında baş verib.

 

Həmin vaxt “Spartak” (Moskva, Rusiya), “Olimpik” (Marsel, Fransa), “Bavariya” (Almaniya) və “Srvena Zvezda” (Serbiya) 1/4 final mərhələsindən qalib ayrılmışdı.


Digər xəbərlər

Xəbər xətti