UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasını açıqlayıb.
Sportarena.az xəbər verir ki, rəmzi "11-lik"də "Barselona”nı 8:2 hesabıyla məğlub edən "Bavariya”nın 5 üzvü yer alıb. Heyətə "Mançester Siti"ni yenən (3:1) "Lion"dan 3, "Layptsiq" uduzan (1:2) "Atletiko"dan, həmçinin "Atalanta" və PSJ-dən (bu komandalar arasındakı oyunda fransızlar 2:1 hesablı qələbə qazanıb 1 futbolçu düşüb.
Qapıçı: Antoni Lopeş (Lion).
Müdafiəçilər: Yozua Kimmix (Bavariya), Markinyos (PSJ), Robin Qosens (Atalanta).
Yarımmüdafiəçilər: Filip Koutinyo, Serj Qnabri (ikisi də "Bavariya"), Ussem Aya (Lion), Joao Feliks (Atletiko).
Hücumçular: Robert Levandovski, Tomas Müller (ikisi də "Bavariya"), Mussa Dembele (Lion).