“Neftçi”nin matçının hakimləri müəyyənləşdi

09:00 18 Avqust 2020

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” oyununun hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Bakıdakı qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.

 

Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti