Azərbaycanlı hakim Rauf Cabbarov Avropa Liqası oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, FİFA referisinin başçılıq etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsində keçiriləcək "Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) oyununu idarə edəcək. Ona yan xətdə Namik Hüseynov və Elşad Abdullayev kömək edəcək. Matçın 4-cü hakimi vəzifəsini Kamal Umudlu daşıyacaq.
Qeyd edək ki, görüş avqustun 27-də Çimkəntdə keçiriləcək.