Ronaldo Mançesterdə otel tikdirəcək - FOTOLAR

18:18 23 Avqust 2020

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Mançesterdə dördulduzlu otel tikdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb. Bildirilir ki, şəhərin biznes mərkəzində inşa ediləcək otelin tikintisinə 30 milyon avrodan çox vəsait xərclənəcək. Obyektin açılışı 2023-cü ilə planlaşdırılır. Otel 151 otaqdan ibarət olacaq.  

 

Qeyd edək ki, Ronaldonun inşasını planlaşdırdığı otelin artıq ilk görüntüləri də yayılıb.



Digər xəbərlər

Xəbər xətti