Qurban Qurbanov: "Şerif"lə oyuna qədər yeni transfer ola bilər"

11:10 23 Avqust 2020

Azərbaycan Premyer Liqasında I turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu komandaya qarşı sona qədər mübarizə aparmaq əhəmiyyətli idi. İki yoxlama oyunu keçirmişdik və rəqibin gücünə bələd idik. Dörd gün sonra vacib oyunumuz var, amma bütün diqqətimiz bu matçda idi. Onlara təşəkkür edirəm ki, meydanda bunu göstərdilər. Maraqlı və mübarizəli oyun oldu.

 

- “Şerif”lə oyuna qədər yeni transfer gözlənilir?
- Ola bilər. Ancaq alınıb-alınmayacağını dəqiq deyə bilməyəcəm. Əvvəl də qeyd etdiyim kimi, transfer prosesi o qədər də asan deyil. Belə durumda kimisə razı salmaq çətin olur. Bir çox futbolçu ölkəsindən kənara çıxmaqda ehtiyat edir. Hər bir halda, yeni transfer ola bilər.

 

- “Şerif”lə 3-cü dəfə qarşılaşacaqsız. Bu, sizin üçün bir əhəmiyyət kəsb edirmi?
- Hər iki halda mərhələni keçsək də, bizim üçün asan olmamışdı. Rəqibin oyununa baxmışam. 17 əcnəbisi var idi, birini də aldılar, səv etmirəmsə. İstəkli komandadır. Ciddi və intizamlı olmalıyıq.


Digər xəbərlər

Xəbər xətti