“Barselona”nın xorvatiyalı futbolçusu İvan Rakitiç keçmiş klubu “Sevilya”nın Avropa Liqasında qələbəsini coşqu ilə qeyd edib.
Sportarena.az xəbər verir ki, televiziya kanallarından birinin canlı bağlantısında 32 yaşlı yarımmüdafiəçi özünü hovuza atıb və bununla “Sevilya”nı özünəməsxux şəkildə təbrik edib.
Qeyd edək ki, son məlumatlara görə, İvan Rakitiç Kataloniya təmsilçisini tərk etmək istəyir.