"Rəhbərliyə bildirmişəm ki, güclənməyə ehtiyacımız var" - Elmar Baxşıyev

22:12 23 Avqust 2020

“Uzun müddətdən sonra futbolun qayıtması həm bizi, həm sizi sevindirir. Əlbəttə, asan olmayacağını bilirdik".
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.


O, 1:1 hesablı matçı belə şərh edib: "Futbolsuz qalmışdıq. Hər məşqdə hiss edirik ki, futbolçular əvvəlki formalarına qayıdırlar. Çatışmazlıqlarımız olsa da, ümid edirik ki, vaxt keçdikcə daha güclü “Qəbələ” görəcəyik. İlk oyun həmişə çətin olur. Həm “Qəbələ”, həm də “Zirə” bu gün hücuma meyilli futbol oynadı. Matçın ən ədalətli nəticəsi kimi heç-heçəni görürəm. Hər iki komandanın şansları var idi. İnanıram ki, getdikcə daha da komplektləşləşəcək, komanda kimi formalaşacaq və yaxşı oyun nümayiş etdirəcəyik".

Komandadan gedən futbolçuların yoxluğunun hiss edildiyini deyən Baxşıyev yeni transferlərin olacağını da bildirib: "Rəhbərliyə də xahişimi çatdırmışam ki, güclənməyə ehtiyacımız var. Qarşıdakı günlərdə yeni oyunçuların gəlməyi gündəmdədir. Hələlik gedən futbolçuların yerini doldurmaq istəyirik. İvitsa Juniç getdi və onun yerinə Yurgen Qoxa gəldi. Klesio Bauk və Fernan Lopesin yerini doldura bilməmişik. Bu yöndə işlər davam edir. Nikolas Raysel çox keyfiyyətli futbolçudur. O, hücuma meylli zonaların hər birində oynamağı bacarır. Verilən tapşırıqları layiqincə yerinə yetirir. Bugünkü matçda rəqibə uyğun sxem seçmişdik və onun hücumun arxasında oynaması lazım idi”.  


Digər xəbərlər

Xəbər xətti