“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi Braziliyanın C seriyasında mübarizə aparan “Londrina”nın qapıçısı Mateus Albino Karneiro ilə razılığa gəlib.
25 yaşlı qapıçı klubu ilə müqaviləsini ləğv edib, Bakıya yollanacaq. O, tibbi müayinədən keçib, “qartallar”la rəsmi sözləşmə bağlayacaq.