Avrokubok görüşlərinin ardından UEFA klubların son reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçiləri də yer alıb. Çempionlar Liqasındakı tək komandamız “Qarabağ” “Styaua” (Rumıniya) “Milan” (İtaliya) və “Standard”la (Belçika) birgə 62-ci yerdə qərarlaşıb.
Avropa Liqasında “Şkupi”yə (Şimali Makedoniya) 2:1 hesabı ilə qalib gələn “Neftçi” 11 pillə irəliləyib. “Ağ-qaralar” 5,000 xalla Brest “Dinamo”su (Belarus), “Riqa” (Latviya) və “Hafnarfyordur” (İslandiya) klubları ilə 212-215-ci yerləri bölüşür.
“Qəbələ”nin xal hesabı dəyişməyib. Komanda 5,500 xala 4 pillə geriləyib və 182-193-cü yerləri bölüşüb. “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.
Qeyd edək ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.