UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün 23 futbolçudan ibarət rəmzi komandası açıqlanıb.
Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo rəmzi komandada yer almayıb.
Qapıçılar: Manuel Noyer ("Bavariya"), Yan Oblak ("Atletiko"), Antoni Lopeş ("Lion")
Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı "Bavariya"), Vircil van Deyk ("Liverpul"), Dayo Yupamekano, Anhelinyo (hər ikisi "Leyptsiq")
Yarımmüdafiəçilər: Tiaqo Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı "Bavariya"), Ussem Aua ("Lion"), Kevin De Brüyne ("Mançester Siti", İngiltərə), Markinyos (PSJ), Marsel Zabitser ("Leyptsiq"), Alexandro Qomes ("Atalanta")
Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi "Bavariya"), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi ("Barselona"), Rahim Sterlinq ("Mançester Siti")
Qeyd edək ki, ÇL-də 2019/2020 mövsümünün qalibi "Bavariya" olub.