Millimizin futbolçuları koronavirus testindən keçdi

03:36 29 Avqust 2020

Yeganə legioner Renat Dadaşovdan başqa, bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.Onun sözlərinə görə, klublarının heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar.

 

Milli assosiasiya rəsmisi İsveçrə "Qrashoper"inə transfer olunan Renat Dadaşovun sentyabrın 1-nə keçən gecə Bakıya gələcəyini deyib.F.Abdulla bütün milli üzvlərinin koronavirus testindən keçirildiyini söyləyib.

 

Qeyd edək ki, Əmir Ağayev ("Atromitos", Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyib.

 

Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə Kiprin qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti