Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Ekvador millisinin hücumçusu Enner Valensiyanı heyətinə qatıb.Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Son olaraq Meksikanın “Tiqres” klubunun uğurları üçün çalışmış 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Ölkəsinin “Emelek” klubunun yetirməsi olan Valensiya, daha sonra Meksikada “Paçuka”nın, İngiltərədə “Vest Hem” və “Everton”un da formasını geyinib. 2017-ci ildən “Tiqres”də çıxış edən vinger, bu komandada 96 oyuna 30 qola imza atıb. Valensiya Ekvador yığmasında da 54 oyunda 31 qolla yadda qalıb.