İtaliya çempionu “Yuventus” heyətini yeni futbolçuyla gücləndirib.
Sportarena.az xəbər verir ki, Turin təmsilçisi “Şalke”dən Ueston Makkennini heyətinə qatıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Yuventus” 22 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Makkenni 2021-ci ilin yayına qədər “Yuventus”un formasını geyinəcək.
Turin təmsilçisi amerikalı futbolçu üçün “Şalke”yə 4,5 milyon avro icarə haqqı ödəyib. “Yuventus” Makkenninin transfer hüquqlarına sahib olmaq istəsə, 18,5 milyon avro ödəməlidir.
“Dallas”ın yetirməsi olan Makkenni, 2017-ci ildən “Şalke”də çıxış edirdi. Mərkəz yarımmüdafiəçisi həm də ABŞ yığmasının üzvüdür.