“Nike” Neymarla müqaviləni ləğv etdi

11:19 31 Avqust 2020

“Nike” şirkəti PSJ-nin futbolçusu Neymarla olan əməkdaşlığa son verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. “Nike” Neymarla müqaviləni erkən ləğv edib. Razılaşmanın pozulmasının təfərrüatları bəlli deyil. 28 yaşlı hücumçu 2011-ci ildə şirkətlə 105 milyon dollarlıq sözləşmə imzalamışdı. Tərəflərin əməkdaşlığı 2022-ci ilə qədər nəzərdə tutulurdu.

 

Braziliyalı futbolçunun “Puma”yla əməkdaşlığa başlayacağı iddia olunur.


Digər xəbərlər

Xəbər xətti