"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, Millətlər Liqasında qrup mərhələsinin Türkiyə – Macarıstan oyununda UEFA nümayəndəsi olacaq. Həmin qarşılaşmada AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 3-də Sivas şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.