““Qalatasaray”a hörmət edirik, amma hədəfimiz var” - "Neftçi"nin baş məşqçisi

17:28 31 Avqust 2020

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında komandasının "Qalatasaray"la (Türkiyə) oyuna qələbə qazanmaq üçün çıxacağını deyib:

 

“Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. "Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.

 

Qeyd edək ki, "Neftçi” – "Qalatasaray” oyunu sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti