Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb və Türkiyənin "Qalatasaray" klubu "Neftçi"yə rəqib olub.
Sportarena.az xəbər verir ki, püşkatmanı canlı izləyən "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim püşkün nəticəsinə maraqlı reaksiya göstərib.
""Neftçi" ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, candaşlarımızı tapdıq", - deyə o, bildirib.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 17-də Bakıda baş tutacaq.