"Nazirlik olaraq Operativ Qərargaha bir neçə dəfə yarışların keçirilməsi ilə bağlı təkliflər göndərmişik. Hələ ki, açıq havada yarışların və məşqlərin keçirilməsinə icazə verilib".
Sportarena.az "Report"a istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsinə idman zallarının açıqlaması ilə bağlı suala cavab verərkən deyib.
O bildirib ki, hər bir bağlı məkanı hansısa qaydalarla açmaq mümkündür. Mansurovun fikrincə, bu zaman hər bir idman növündə pandemiya qaydalarını qorumaq lazımdır: "Əsas məsələ ondan ibarətdir ki, kütləvi yığışmalar olmasın. Pandemiyanın yayılması çox sürətlidir. Bu səbəbdən, fikirləşirik ki, hər kəs bir ailədən və evdən gəlir. Ola bilər ki, evdə risk qrupuna aid yaşlı insanlar olsun. İdmançılar həmişə sağlam və gümrah, güclü imunitetə malik olurlar. Məşq edəndə imunitet düşür. Həmin xəstəliyə yoluxub, öz doğmalarını xəstələndirə bilərlər. Bu baxımdan, zallar təhlükəlir. Müəyyən pandemiya qaylarını gözləməklə, məşqləri davam etdirmək olar".