Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları təxirə salınıb.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında bu addım atılıb.
Qeyd edək ki, Azərbaycan – Moldova matçı sentyabrın 16-na, digər görüş isə sentyabrın 22-nə planlaşdırılmışdı.