“Neftçi”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Qalatasaray” yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi ölkənin birinci liqa klubu “Ümraniyespor”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. "Qalatasaray"ın qollarını 6-cı dəqiqədə Radamel Falkao, 80-ci dəqiqədə Ömər Bayram vurub.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.