“Neftçi”nin prezidenti Kamran Quliyev “A Spor” kanalına müsahibə verib.
Sportarena.az xəbər verir ki, Bakı klubun rəhbəri Türkiyə klublarının “ağ-qaralar”ın iki futbolçusuna rəsmi təklif göndərdiyini bildirib:
“Türkiyə klubları bizim iki futbolçumuzla maraqlanır. Hətta rəsmi təklif də göndəriblər. Həmin oyunçuların adlarını açıqlamayacağam, amma gələcəyi parlaq olan oyunçulardır. Yəqin ki, “Qalatasaray”la oynayacağımız üçün bizim futbolçuları daha çox izləyəcəklər”.