“Qalatasaray”ın “Kasımpaşa” ilə yoxlama oyunu ləğv olunub.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə sentyabrın 5-də keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağı diqqətə çatdırılıb. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır.
Qeyd edək ki, “Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Bu komandalar arasındakı oyun sentyabrın 17-də Bakıda keçiriləcək.