Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, "Qarabağ" III təsnifat mərhələsində Norveçin "Molde" klubunu keçsə, pley-offda “Ferensvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsində qaliblər təsnifat oyunlarından fərqli olaraq, 2 görüşdən sonra müəyyənləşəcək. Pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar yolu
“Slaviya” (Çexiya) - “Midtyulland” (Danimarka) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) / “Dinamo” (Belarus) cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) / “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) / “Molde” (Norveç) cütünün qalibi - “Ferensvaroş” (Macarıstan) / “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) / “Benfika” (Portuqaliya) cütünün qalibi
“Gent” (Belçika) / “Rapid” (Avstriya) cütünün qalibi - “Dinamo” (Kiyev, Ukrayna) / “AZ Alkmaar” (Niderland) cütünün qalibi.