““Neftçi”nin “Qalatasaray”la matçda şansı yüz faizdir” - Füzuli Məmmədov

18:16 1 Sentyabr 2020

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinfə “Qalatasaray”a rəqib olan “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, İstanbul klubu ilə matçda meydana qələbə üçün çıxacaqlarını bildirib: 

 

- Ümumi vəziyyət normaldır. Bəzi futbolçular milli komandadır. Sayın düzəlməsi üçün gənc oyunçular dəvət etmişik. Zədəlilərimiz yoxdur, hər şey qaydasındadır.

- Futbolçuların millidə olması hazırlıq prosesinə təsir edir?

- Xeyr, çünki onlar da hazırlıq keçirlər.

 

- “Sumqayıt”la matçda hər hansı dəyişiklik gözlənilir?
- Düşünmürəm ki, çox böyük dəyişikliklər olsun. Çünki futbolçularımız da çox deyil. 

 

- Bilirik ki, diqqəti “Sumqayıt”la oyuna yönəltmisiz. Amma “Qalatasaray”la matç daha vacibdir...
- Hazırda bütün diqqətimiz “Sumqayıt”la matçdadır. O ki qaldı “Qalatasaray”la matça bu barədə hələ çox danışmayaq. 

 

- “Qalatasaray”la matç öncəsi futbolçularda hər hansı həyəcan yoxdur?
- Heç bir həyəcan yoxdur. Düzdür, “Qalatasaray” Türkiyənin ən güclü klublarından biridir, qardaş ölkənin təmsilçisidir. Lakin oyunçularla danışmışıq. “Sumqayıt”la matç haqqında fikirləşməliyik. 

 

- Demişdiniz ki, yeni transferiniz olacaq?
- Həmin oyunçunun “Sumqayıt”la qarşılaşmaya qədər gələcəyini düşünmürəm. Amma “Qalatasaray”la matça qədər heyətdə ola bilər. 

 

- Türkiyə klubları 2 futbolçunuza dəvət göndərib. Onların adlarını deyə bilərsiz?
- Bu haqda nəsə demək istəmirəm.

 

- “Qalatasaray” “Ümraniyəspor”la 2:0 qazandığı oyunu izlədiniz? Həmin matçda ən çox nə diqqətinizi çəkdi?
- “Qalatasaray” elə komandadır ki, onları dünya tanıyır. Futbolçularının fərdi keyfiyyətləri çox yuxarıdır. Lakin bu heç nəyi dəyişmir. Qardaş ölkə təmsilçisi ilə oyunda meydana qələbə üçün çıxacağıq. 

 

- Şansları necə dəyərləndirirsiz?
- Mənim üçün “Neftçi”nin yüz faiz şansı var.


Digər xəbərlər

Xəbər xətti