Azərbaycan – Lüksemburq matçının hakimləri açıqlandı

00:35 3 Sentyabr 2020

UEFA Millətlər Liqasının ilk turunda baş tutacaq Azərbaycan – Lüksemburq matçının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, matçı ingiltərəli hakimlər briqadası idarə edəcək.Qarşılaşmanın baş hakimi Kris Kavana olacaq. Ona həmyerliləri Da Daniel Riçard Kuk və Sian Massey köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti