AFFA-nın təşkilatıçılığı ilə keçirilən Gənclər Liqası turnirinin (U-19 yaş qrupu) 2020/2021-ci il mövsümü üçün başlama vaxtı açıqlanıb.
Sportarena.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışa oktyabrın 3-də start verilməsi planlaşdırılır. Qeyd olunub ki, bununla əlaqədar liqada iştirak etmək istəyən komandalar sentyabrın 3-dən qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.