UEFA Millətlər Liqası çərçivəsində bu gün Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının Bakı Olimpiya Stadionunda açıq məşqi olub.
Sportarena.az xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyəti ilə görüşüb. AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Canni de Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.