Almaniyalı yarımmüdafiəçi Kay Haverts “Çelsi”yə keçib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər verib.Daha əvvəl o, “Bayer”də çıxış edirdi. Oyunçunun müqaviləsi beş il müddətinə nəzərdə tutulub. 21 yaşlı alman ötən mövsümdə 45 matç keçirib və 18 qol vurub.
Qeyd edək ki, “Çelsi” daha əvvəl Hakim Ziyex, Ben Çiluell, Tiaqu Silva və Timo Verneri transfer edib.