Daha bir futbol verilişi başladı - Bu dəfə ANTENN FM-də

01:45 9 Sentyabr 2020

Tanınmış aparıcılar Rüfət Nadirli və Elcan Məmmədlinin birgə layihəsi olan "Sporttime" fəaliyyətə başladı.

 

Sportarena.az xəbər verir ki, layihə həftə içi 5 gün, saat 14:00-dan 15:00-dək ANTENN 101 FM-də yayımlanacaq. Burada ölkə futbolunda baş verən ən son yeniliklər diqqətə çatdırılacaq, günün mövzusu əsasında azarkeş fikri dinləniləcək, qonaqlar dəvət olunacaq. Dünən verilişin ilk buraxılışı baş tutdu və futbol üzrə milli komandamızın Millətlər liqasındakı ilk oyunu olan Azərbaycan - Lüksemburq matçından danışıldı. Verilişə qonaq qismində dəvət olunan millinin sabiq məşqçisi, hazırda "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov və futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov millinin doğma meydanda sərgilədiyi oyundan narazılıqlarını diqqətə çatdıraraq, yığma üzvlərinin keçirdiyi ən bərbad qarşılaşmalardan biri olduğunu vurğuladılar. "Sporttime"da azarkeşlərin təqdim edildiyi suallar da cavablandırıldı.

 

Bu gün isə layihənin ikinci buraxılışı futbolsevərlərin ixtiyarında olacaq. Verilişin qonaqları isə millinin sabiq futbolçusu Vaqif Cavadov və rekord.az saytının redaktoru Anar Xanlarovdur. 

 

Bildirək ki, layihənin informasiya dəstəkçisi Sportarena.az saytıdır. 



Digər xəbərlər

Xəbər xətti