Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" matçının yeri dəyişdirilib.
Sportarena.az xəbər verir ki, qarşılaşma Kiprdə baş tutacaq. UEFA-nın rəsmi saytında yer alan məlumata görə, qarşılaşma sentyabrın 16-da bu ölkənin Larnaka şəhərində keçiriləcək.
Qeyd edək ki, püşktmanın nəticəsinə görə, qarşılaşma sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Lakin Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılması üçün UEFA-ya müraciət etmişdi.