Türkiyənin “Qalatasaray” klubu hücumçusu Adem Büyüklə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan İstanbul klubunun rəsmi saytı məlumat yayıb.33 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. “Sarı-qırmızılar” forvarda 2 milyon 10 min 508 TL təzminat ödəyib.
Ademin Super Liqanın digər klubu, sabiq komandası “Yeni Malatyaspor”la anlaşdığı bildirilir. O, 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu “cim-bom”u keçmiş komandasına dəyişib. Büyük “Qalatasaray”a ötən ilin yayında məhz “Yeni Malatyaspor”dan keçmişdi.