Serena Uilyams “US Open”in yarımfinalında

10:54 10 Sentyabr 2020

Amerikalı tennisçi Serena Uilyams “Böyük dəbilqə” seriyasından “US Open” beynəlxalq tennis turnirin yarımfinalına vəsiqə qazanıb. “

 

Sportarena.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verib.Yarışın dörddəbir finalında o, Bolqarıstan təmsilçisi Tsvetan Pironkovanı məğlub edib – 4:6, 6:3, 6:2.Matç 2 saat 11 dəqiqə davam edib.

 

Yarımfinalda Uilyams Viktoriya Azarenko (Belarus) - Elise Mertens (Belçika) cütlüyünün qalibi ilə yarışacaq. Qeyd edək ki, Uilyams “Böyük dəbilqə” turnirlərində 23 dəfə çempion olub.


Digər xəbərlər

Xəbər xətti