"Qalatasaray” Oqenekaro Etebo ilə müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq İstanbul təmsilçisi nigeriyalı yarımmüdafiəçini 1 illik icarəyə götürdüyünü bildirib.
"Sarı-qırmızılılar” bu keçid üçün 25 yaşlı futbolçunun məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro ödəyəcək. Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Aslan" gələn yay 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.
Etebo 2018-ci ildən "Stok Siti”də çıxış edirdi. O, bu ilin əvvəlində "Xetafe”yə icarəyə verilmişdi. Nigeriya millisinin üzvü daha öncə "Las Palmas”, "Feyrense” kimi klublarda da top qovub.
Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək.