AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
“Keşlə” – “Qarabağ” oyununda Ağdam klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub.Həmçinin “Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub daha 800 manat cərimə olunur.
“Neftçi” – “Sumqayıt” görüşündə “ağ-qaralar”ın futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunur. “Səbail” – “Zirə” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub. “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.