"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

23:50 16 Sentyabr 2020

"Qarabağ" bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayıb.Cütün qalibi 1 oyundan sonra müəyyənləşib. Qalib komanda pley-offda "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası, III təsnifat mərhələsi

 

21:00 "Qarabağ" - "Molde"  0-0 (Penaltilər seriyası 5-6)

Hakimlər: Srdyan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç

"AEK Arena".


Digər xəbərlər

Xəbər xətti