“Qalatasaray” klubu Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə görüşdə heyətdə dəyişikliklər etməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, baş məşqçi Fatih Terim Super Liqanın I turunda “Qaziantep”lə (3:1) matçda iştirak edən “11-lik”də islahat aparacaq.Təcrübəli mütəxəssis həftəsonu çempionatın II turunda “Başakşəhər” oyununu nəzərə alacaq və bu səbəbdən də aparıcı futbolçulara istirahət vermək niyyətindədir. Komandanın əsas üzvləri Arda Turan və Radamel Falkaonun görüşə ehtiyatda başlayacağı gözlənilir.
Terimin heyətdə başqa dəyişikliklərə əl atması da istisna edilmir. Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.