Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha 5 qarşılaşma baş tutub.Çempionlar yolunda mübarizə aparan 10 komanda pley-offa son vəsiqələrin sahiblərini müəyyənləşdirib. Azərbaycan çempionu “Qarabağ” Kiprdə Norveç “Molde”si ilə görüşüb. Ağdam klubu penaltilərlə uduzaraq ÇL-də mübarizəni dayandırmalı olub.
Təmsilçimizin yer aldığı cütün qalibinin növbəti mərhələdəki rəqibi Macarıstanda bəlli olub. “Ferentsvaroş” öz meydanında Xorvatiya çempionu “Dinamo”nu məğlub edərək pley-offda “Molde”yə rəqib olub. Günün digər oyunlarında “Omoniya”, “Makkabi” və “Midtyulland” klubları növbəti mərhələyə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
“Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya) 1:1 (penaltilər 4:2)
Qol: Lüftner, 31 – İvaniç, 45+1.
“Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) 2:1
Qol: Lovrençiç, 2, Uzuni, 65 – Qoyak, 23.
“Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) 0:0 (penaltilər 5:6)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Belarus) 1:0
Qol: Biton, 50-pen.
“Midtyulland” (Danimarka) – “Yanq Boyz” (İsveçrə) 3:0
Qol: Lefort, 51-öz qapısına. Dreyer, 62. Mabil, 84.