Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ı penaltilərdə mübarizədən kənarlaşdıran Norveç təmsilçisi "Molde" pley-offda Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq.
Pley-off mərhələsində qaliblər təsnifat oyunlarından fərqli olaraq, 2 görüşdən sonra müəyyənləşəcək. Pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar yolu
“Slaviya” (Çexiya) - “Midtyulland” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)
Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna).