“Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, 2017/18 mövsümündə "gənclik şəhəri" təmsilçisində çıxış etmiş Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev komandada 22 nömrəli formada çıxış edəcək.
30 yaşlı futbolçu “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib.