"Neftçi" "Qarabağ"a, "Sabah" "Zirə"yə qalib gəldi

09:00 21 Sentyabr 2020

Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. "Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. "Sabah" bu qələbə ilə xallarını altıya çatdıraraq liderliyə yüksəlib.Turun mərkəzi oyunu isə Suraxanıda keçirilib. "Azərsun Arena"da son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

 

“Qarabağ” – “Neftçi” - 1:2 
Qol: Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”

“Zirə” – “Sabah” - 0:2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Qol: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
Zirə İdman Kompleksinin stadionu


19 sentyabr

"Sumqayıt" - "Səbail" 2:1 

 
"Qəbələ" - "Keşlə" 0:0


Digər xəbərlər

Xəbər xətti